Rio Olimpiadasında avarçəkmə slalom idman növü üzrə yarışan Almaniya yığmasının məşqçisi Ştefan Hentse bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Baki-xeber.com-un RİA”Novosti”-yə istinadən xəbərinə görə, 35 yaşlı məşqçi taksidə gedərkən yol qəzasına düşüb. Hadisədən dərhal sonra onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Bu barədə alman yığmasının rəsmi Twitter səhifəsində xəbər yerləşdirilib.
"Time” qəzeti xəbər verir ki, taksidə qəza keçirən Hentse başından ciddi xəsarətlər alıb. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax baş verənləri böyük itki adlandırıb və məşqçinin ailəsinə başsağlığı verib. Bu gün isə Olimpiya kəndində onun şərəfinə anım tədbiri keçiriləcək.
Qeyd edək ki, Ştefan Hentse 2004-cü ildə Afinada keçirilən avarçəkmə slalom yarışlarının gümüş mükafatçısı olub.