Barak obama ABŞ prezidentliyinə namizəd Hillari Klintonu dəstəkləmək üçün tətildən erkən dönüb.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, o, eks dövlət katibinin seçki kampaniyası üçün pul toplamaq fikrindədir. Bu məqsədlə onun dünən 60 mesenatın toplaşacağı xeyriyyə naharına qatılacağı gözlənirdi. Həmin qapalı tədbirə qatılması üçün onun 33 min dollar ödəməsi tələb olunurdu. Burada obama çıxış edərək Kintonun niyə ən yaxşı namizəd olduğunu açıqlayacaqdı.
Bu arada hakerlər Demokratlar partiyasının yazışmalarının növbəti "porsiyasını” açıqlayıblar. Burada söhbət Florida ştatında baş tutacaq seçkilərdən gedir və xanım Klintonun hər dairədə qələbəsinin konkret strategiyası açıqlanır. Məsələn, 10-cu dairədə afroamerikan seçicilərin praymerizdə dəstəyini gücləndirmək təklif olunur.