Son günlər Acarıstanda yaşanan əlverişsiz hava şəraiti bölgənin turizm potensialına ciddi siyan vurmaq iqtidarındadır.
Baki-xeber.com "Novosti-Qruziya” saytına istinadən xəbər verir ki, artıq bir neçə gündür burada güclü yağışlar ara vermir, dənizdə isə 5 bal gücündə qasırğa qeydə alınıb. Saytın xəbərinə görə, Batumi və Kobuleti kurortlarında sahil zolağı xüsusi texnikanın köməyilə təmizlənir, fövqəladə hallar və xilasedici briqadaları aktiv fəaliyyətə səfərbər olunub.
Kobuleti rayon administrasiyasının mətbuat xidmətindən verilən xəbərdə o da bildirilir ki, güclü yağışlar səbəbindən Daqva kəndinə gedən yolda sürüşmə baş verib. Batumidə isə vəziyyət düzəlməyə doğru gedir.