Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Rossiya 24" kanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olub.
APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Azərbaycan və Rusiya müdafiə nazirlərinin Bakıdakı görüşünün yekunlarına dair açıqlamasında deyib ki, Rusiya Müdafiə Nazirliyi Xəzər dənizində təhlükəsizlik və etimad tədbirləri sisteminin qurulması ilə bağlı Azərbaycanla dialoqun fəallaşmasını gözləyir.