Avqustun 7-də Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisinə keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayerbekoviçlə bağlı aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb.
Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.