Kabardino-Balkariyada gizli quldur dəstəsinin başçısı məhv edilib.
Baki-xeber.com-un Lernta.ru-ya istinadən xəbərinə görə, bu barədə Pespublikanın Milli antiterror Komitəsinin saytında xəbər yerləşdirilib.
Xəbərdə bildirilir ki, Xizir Lixov 2014-cü ildən federal axtarışda olub və ötən gün Qafqaz trasında xidməti vəzifəsini yerinə yetirən yol-patrul xidmətinin əməkdaşlarına zor tətbiq etmək istərkən yaxalanıb. Xəbərdə o da bildirilir ki, quldur dəstəsi başçısının zərərsizləşdirilməsi məqsədilə keçirilən əməliyyat zamanı dinc sakinlər arasında zərər çəkən olmayıb.
Xatırladaq ki, ötən il Dağıstanın Unusukul rayonunun Gimri kəndində "dağlıq bölgənin əmiri” Maqomed Abdullayev məhv edilmişdi.