Şimali Koreya ABŞ-a istənilən provokasiyaya nüvə silahı ilə cavab verəcəyilə bağlı xəbərdarlıq edib.
Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə bəyanatı STAK dövlət agentliyi yayıb. Bəyanatda bildirilir ki, KXDR-in inqilabi ordusu "düşmənin KXDR-in suverenliyinə qarşı yönəlmiş gülünc isterikasına qarşı”qabaqlayıcı nüvə hücumu vəziyyətinə gətirilib və cüzi bir provokativ hərəkət amansız nüvə hücumu ilə cavablandırılacaq.
Pxenyan onu da əlavə edir ki, nüvə hücümu Amerikanın monopoliyasında deyil və onun Quam addasındakı hərbi bazasına B-1, B-2 strateji bombardmançıları yerləşdirməsini özünün təhlükəsizliyinə hədə olaraq qəbul edir.