Belə bir xəbərlə Rusiyanın ria.ru saytı Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən çıxış edib.
Baki-xeber.com-un sayta istinadən xəbərinə görə, İlham Əliyev deyib ki, RF Müdafiə nazirinin Rusiya prezidentinin səfərinin ardından tezliklə Bakıya səfər etməsini yüksək qiymətləndirir və ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlər istər gündəlikdə duran məsələlər, İstərsə də regional təhlükəsizlik problemlərinin həlli baxımından ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açır. Prezident deyib ki, rusiyalı həmkarı ilə görüşdə "hərbi və hərbi-sənaye sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub”. "Uzun illərdir ki, biz aktiv əməkdaşlıq edir və bu əməkdaşlıq potensialını artırırıq”- deyən İlham Əliyev qeyd edib ki, Azərbaycan Beynəlxalq Ordu Oyunlarında iştirak edib və ilk dəfə üçün yaxşı nəticələr göstərib. "Bizim bu mühüm beynəlxalq tədbirdə iştirakımız, hər şeydən əvvəl, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsini əks etdirir”- Azərbaycan Prezidenti deyib.
Prezident onu da bildirib ki, Şoyqunun səfəri çərçivəsində "bundan sonrakı qarşılıqlı əməkdaşlıq geniş müzakirə olunacaq”. "Əməkdaşlığımızın yekunlarına nəzər salacaq, həmçinin əlaqələrimizi daha da möhkəmləndirərək əməkdaşlıq potensialımızın artırılması istiqamətində fəaliyyətimizi gücləndirəcəyik”- deyə Prezident fikrini tamamlayıb.