Bu gün Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Prezident İlham Əliyevin qəbulunda olub.
Baki-xeber.com bu barədə Prezidentin rəsmi İnternet səhifəsindən məlumat əldə edib. Görüşün detalları barədə hələlik məlumat yoxdur.
Ria.ru xəbər verir ki, Şoyqu Bakıya qısamüddətli işgüzar səfərə gəlib. Səfər çərçivəsində onun, həmçinin.,. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla da görüşü planlaşdırılıb. Rusiya Müdafiə nazirliyinin rəsmisi İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər hərbi və hərbi-səınaye məsələləri üzrə ikitərəfli əməkdaşlığı, eyni zamanda beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək, Dağlıq Qarabağ mövzusunda fikir mübadiləsi aparacaq.