Keçmiş sovet rəhbəri Nikita Xruşşovun qızı Rada Adjubey 87 yaşında Moskva xəstəxanalarından birində dünyasını dəyişib.
Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, onun həyat yoldaşı Aleksey Adjubey 1959-1964-cü illərdə populyar "İzvestiya” qəzetinin baş redaktoru olub. Xruşşovun vəzifədən uzaqlaşdırılmasından sonra isə 1964-cü ildə bütün yüksək vəzifələrindən kənarlaşdırılaraq ömrünün sonuna qədər "Sovetskiy Soyuz” jurnalının publisistika bölümündə işləyib.Rada Adjubey isə az qala yarım əsr – 1956-cı ildən 2004-cü ilə kimi "Elm və həyat” jurnalının baş redaktorunun müavini vəzifəsində çalışıb.