İran ali məktəblərində bu ildən başlayaraq Azərbaycan və Kürd dilləri tədris ediləcək.
"Trend”-in İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Milli Təhsil Qiymətləndirmə Təşkilatının nümayəndəsi bildirib.
Azərbaycan dilində İranda əsasən Qərbi və Şərqi Azərbaycan, Zəncan, Qəzvin və Ərdəbil əyalətlərində danışırlar. Kürd dili isə əsasən Kürdüstan, Kirmanşah, Həmədan, Qərbi Azərbaycan, Luristan, İlam və Şimali Xorasan əyalətlərində əsas danışıq dilidir.