Pusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "kofe çöküntüsünə baxmış kimi” hökumətin mümkün istefasını anons edib.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, Peskov deyib ki, bir çoxları kabinetin bütünlüklə, bəziləri fə Baş nazirin gedişini proqnoz edir. O deyib ki, bu cür spekulyasiyalar artıq etibarını itirib.
Qeyd edək ki, daha öncə "Financial Times” sentyabrın 18-də keçiriləcək Rusiya parlamentinə seçkilərdə hökumətin strukturunda bir sıra dəyişikliklər gözlənir. Nəşrin versiyasına görə, prezident Putin hökumətdə yerdəyişmələr edəcək. Bu sırada, nəşrə görə, mümkündür ki, o, baş nazir Dmitri Medvedyevi istefaya göndərsin, onun yerinə isə hansısa islahatçı namizədi, məsələn, keçmiş maliyyə naziri Aleksey Kudrini gətirsin.
Qeyd edildiyi kimi isə, bu versiyanın həqiqətə nə qədər yaxın olduğu 18 sentyabr tarixindən sonra bəlli olacaq.