Ukrayna sərhədçiləri ölkənin Krımla sərhədinə ağır silahlar toplayır.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, Ukraynanın dövlət sərhəd xidmətinin rəhbəri Viktor Nazarenko deyib ki, təmsil etdiyi qurum özünün sərhəddəki rezervlərini artırıb. Eyni zamanda sərhədə ağır texnika da yerləşdirilib. Sərhəd xidmətinin rəhbəri situasiyanı "kifayət qədər mürəkkəb” adlandırsa da, Ukrayna tərəfinin duruma ciddi nəzarət etdiyini də sözlərinə əlavə edib. Nazarenko, həmçinin, sərhəddəki vəziyyəti "Rusiya ilə Ukrayna arasında hibrid müharibənin növbəti mərhələsi” kimi xarakterizə edib. Eyni zamanda onu da deyib ki, materik tərəfdən Krım istiqamətində atışma qeydə alınmayıb. "Əks halda biz bunu bilərdik, axı biz buna cavabdehik”- deyə o qeyd edib.