İsveç və Sloveniya polisi Çexiyada terror aktı törətmək istəyən şübhəliləri saxlayıb.
Baki-xeber.com-un "EAdaily”yə istinadən xəbərinə görə, hüquq-mühafizə orqanları müəyyənləşdirib ki, onlar iri ticarət mərkəzlərinin içməli su hövzələrinə zəhərli maddələr töküb Ebola virusu yaymaqla hədələyərək, yerli hökumətdən iri məbləğdə pul tələb ediblər. İsveçdə araşdırmalar nəticəsində onlardan birinin kimyəvi maddələrə əlçatanlığı olan tələbə olduğu müəyyənləşdirilib. İsveç polisi hətta onun elmi laboratoriyanın bazasından zəhərli maddə çıxardığını əks etdirən videogörüntülərini də əldə edib. Ehtimal olunur ki, onun Sloveniyadakı iş ortağı həmin maddəni Çexiyaya çatdırmalı imiş.
Hazırda rəsmi ittihamın elan olunması üçün sübutlar toplanır.