Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 4000 m2 olan "BİG” Store ticarət mərkəzinin 300 m2 sahəsi yanıb. Yüksək temperaturdan tavan 1050 m2 sahədə dağılıb.
Baki-xeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xzəbər verir. Xəbərə görə, hadisə zamanı yaşayış binasından 90 nəfər sakin (30 nəfər uşaq, 60 nəfər sakin) yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub, onlardan 10 nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili yardım tərəfindən Toksikologiya şöbəsinə aparılıb. Ticarət mərkəzinin qalan hissəsi və mənzillər isə yanğindan mühafizə olunub.
Bu gün səhər saatlarında Bakının Sabunçu rayonundakı "BİG” Store ticarət mərkəzində baş verən yanğın nəticəsində tüstüdən zəhərlənmə ilə xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıb.
Bu barədə "Trend”-ə 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Məlumatda bildirilir ki, hadisə ilə bağlı şöbəyə 10 nəfər zəhərlənmə ilə müraciət edib. Müraciət edənlərdən 5 nəfər azyaşlı olub: "Həmin şəxslərə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar".