"İslam dövləti” beynəlxalq tterrorçu qruplaşmanın Əfqanıstan və Pakistan üzrə lideri Hafiz Səid xanın məhv edildiyi xəbəri yayılıb.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, O, ABÇ PUA-larının bombardmanı nəticəsində öldürülüb. Bu barədə Pentaqonun nümayəndəsi cümə günü məlumat yayıb.
Öz növbəsində, Əfqanıstan və Pakistanın ABŞ-dakı səfiri Omar Zahilval dəqiqləşdirmə apararaqxüsusi əməliyyatın Əfqanıstanın Nangarhar əyalətinin Kot dairəsində aparıldığını xəbər verib. Lakin İŞİD liderinin ətrafı ilə birlikdə bombardmana məruz qoyulduğu bildirilsə də, konkret neçə döyüşçününü onunla birlikdə məhv edildiyi barədə məlumat yoxdur.
Xatırladaq ki, bundan öncə - avqustun 2-də İraqda İŞİD-in neft əməliyyatları üzrə səlahiyyətlisi öldürülmüşdü. Hacı Hamad adı ilə tanınan Sami Cassima əl-Caburi köməkçisi ilə birlikdə ABŞ xüsusi xidməti ilə İraq kürdlərinin birgə əməliyyatı nəticəsində məhv edilmişdi. Avqustun 11-də isə ABŞ ordusunun generalı Şon Makfarland bəyan edib ki, İŞİD ciddi itkilərə məruz qalıb və hazırda cəmi 15 min əsgəri var. Onun sözlərinə görə, koalisiya qüvvələrinin keçirdiyi əməlliyyatlar dönəmində 45 min cihadçı terrorçu qrupun sıralarını tərk edib.