Moskva polisi cümə günü paytaxtın Ryazansk prospektində pivə dükanının satıcısını və onun müştərisini qətlə yetirən qrupun üzvlərini axtarır.
Baki-xeber.com-un yerli mətbuata istinadən xəbərinə görə, mağazanın sahıbı Ermənistan vətəndaşı, 69 yaşlı Lev Kamalyan olub. Hadisənin digər qurbanı isə 36 yaşlı Qırğızıstan vətəndaşı Nurik Munduzov olub. Müştəri qismində hadisə yerində olan qırğız ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin şahidi isə motosiklçi, 29 yaşlı Aleksandr olub. O, cinayətkar dəstənin arxasınca qaçaraq onları saxlamağa çalışıb, lakin özü də çiynindən xəsarət alıb. Lakin deyib ki, onların üzünü görüb və yadda saxlayıb. Şahid onu da deyib ki, onların ayağında əsgər çəkmələri olub.