Uilyam Gil yeni səfir müavini kimi ABŞ-ın Azərbaycandakı səfirliyində fəaliyyətə başlayır. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Bildirilir ki, ABŞ-ın Dövlət Departamentində 1995-ci ildən çalışan cənab Gil ABŞ-ın Diplomatik Xidmət İdarəsinin karyera əməkdaşıdır. Bakıya gəlməmişdən öncə o, Vaşinqtonda İnsan Resursları Bürosunda İnkişaf Məsələləri üzrə Əməkdaş kimi çalışmışdır. Cənab Gil 2011-2013 illərdə Qərbi Avropa Məsələləri üzrə Şöbəsinın Direktor Müavini və Müvəqqəti Direktoru işləmişdir. Cənab Gil 2007-2011 illərdə Milanda ABŞ Konsulu, 2005-2007 illərdə isə Beyrutda ABŞ-ın konsulu kimi çalışaraq 2006-cı ilin iyul-avqust müharibəsi zamanı 15,000 amerikalının təxliyə əməliyyatını əlaqələndirmişdir. Cənab Gil həmçinin Hindistan və Mərəkeşdədə fəaliyyət göstərib.