Sakarya Cumhuriyyət Baş Prokurorluqu sabiq deputat və ünlü futbolçu Hakan Şükürün əmlakının müsadirə olunması barədə qərar verib.
Baki-xeber.com-un "trthaber”-ə istinadən xəbərinə görə, buna səbəb onun və atası Selmet Şükürün Gülən hərəkatına maliyyə dəstəyi göstərməsilə bağlı deyilənlərin sübuta yetirilməsidir. Belə ki, ata-oğul barəsində həbs qərarı çıxaran Sakarya Baş Prokurorluğunun bu istiqamətdə ciddi dəlillər əldə etdiyi xəbər verilir. Həmin dəlillərin əldə olunması ilə isə Baş Prokurorluq Hakan Şükür və atasının bütün daşınmaz əmlaklarına, avtomobillərinə, bank hesablarına, qiymətli kakızlarına, şirkətlərdəki ortaqlıq paylarına və digər mal varlıqlarına əl qoyulması barədə qərar çıxarıb.