Vaşinqton Rusiyaya qarşı yeni sanksiya məsələsini götür-qoy edir.
Baki-xeber.com-un RBK-ya istinadən xəbərinə görə, bu dəfə səbəb Demokratlar Partiyasının şəbəkəsinin sındırılmasıdır. "The Wall Street Journal” özünün bir neçə mənbəsinə istinadən bildirir ki, hələlik bu barıdı konkret qərar qəbul olunmayıb. Sanksiyanın Ağ Evdən rəsmi şəkildə Rusiyadan və ya onun himayə etdiklərindən partiyanın elektron şəbəkəsini sındıraraq informasiyaların sızmasına şərait yaradan hakerləri tələb edəcəyi gözlənir. Bununla belə, ABŞ kiberhücumları təşkil edənlərin adlarını açıqlamağı düşünmür, lakin o da xatırlanır ki, 2014-cü ildə Vaşinqton Şimali Koreyanı açıq şəkildə "Sony Pictures Entertainment”-in poçtasını sındırmaqda ittiham etmişdi.
Lakin nəşrin versiyasına görə, Vaşinqtonun bu yöndə qərar verməsi uzun çəkə bilər, çünki hətta hakerləri Rusiyanın himayə etməsilə bağlı təkzibedilməz faktları olsa belə, Vaşinqton sanksiyanın doğuracağı bir sıra reaksiyaları gözdən keçirməli olacaq.