Krımda Kerç istiqamətində yola çıxan avtobus Qızıl-daş qəsəbəsi ərazisində 50 metr hündürlükdən dərəyə aşıb.
Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, nəticədə sərnişinlərdən 6 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Yaralılar Sudak və Feodosiya xəstəxanalarına yerləşdirilib. Feodosiya şəhər sovetinin sədri Svetlana Gevçuk deyib ki, avtobusda 6 azyaşlı olub, onlardan biri həlak olub.