Bu il aprelin 2-dən 5-dək erməni silahlı qüvvələrinin təmas xəttindəki təxribatı nəticəsində Ağdamda dağıdılan 451 evdə təmir işləri başa çatıb. Bu barədə Trend-ə Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, hadisə nəticəsində dağıdılan və ziyan çəkən bütün ev və obyektlər bərpa olunub: "Dağıdılan 8 ev yenidən tikilib və təmir işləri yekunlaşmaq üzrədir. Bundan başqa, 15 ev bərpa olunur ki, onlardan 14-də işlər başa çatıb, bir evdə isə bərpa işləri yekunlaşmaq üzrədir. Hadisə nəticəsində ciddi ziyan çəkən 27 ev isə əsaslı təmir edilib sahiblərinə təhvil verilib".