Artıq xəbər verildiyi kimi, bu gün Kremldə Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edib.
Baki-xeber.com TASS-a istinadən xəbər verir ki, görüş sonrası keçirilən mətbuat konfransında maraqlı olay yaşanıb. Belə ki, aprel döyüşlərində Azərbaycan Ordusunun qarşısından qaçmağa məcbur olan erməni tərəfində həmin dönəmdən etibarən Rusiyaya qarşı bir aqressiya özünü göstərməyə başlayıb. Bunan səbəbsə, elə o zaman erməni prezidentinin də gileyləndiyi kimi, Rusiyanın Azərbaycana ən müasir silahlar, raketlər satması, Ermənistana isə raketdən müdafiə sistemləri verməməsi olub və beləliklə də erməni tərəfi dördgünlük müharibənin uğursuzluğunun günahını Rusiyada görüb. O zamandan bəri erməni mediasının gündəmdən düşürmədiyi bu mövzu bu gün prezidentlərin keçirdiyi mətbuat konfransında yenidən qabardılıb və erməni müxbiri Putinə Azərbaycana silah satışı ilə bağlı sual ünvanlayıb. Putinin suala cavabı isə qısa və konkret olub. O deyib ki, Azərbaycan kimi sürətlə inkişaf edən iqtisadiyyatı, nefti, qızıl-valyuta ehtiyatları olan ölkə, əlbəttə ki, istədiyi yerdən istənilən silahı almağa qadirdir və bunu edir. Lakin bununla belə o bildirib ki, mövcud problemin sülh yolu ilə həllinə nail olunması prioritet təşkil etməlidir.