Kremlin mətbuat xidməti bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında bu günə planlaşdırılan görüş barəsində xəbər yayıb.
Xəbərdə bildirilir ki, Sarkisyan Moskvaya Putinin dəvətilə gəlir. Danışıqların gedişində iki ölkə prezidentinin bir sıra siyasi, ticari-iqtisadi və humanitar məsələlərlə bağlı əməkdaşlığı müzakirə etməsi gözlənir. Eyni zamanda sayt bildirir ki, avrasiya məkanında inteqrasiya prosesləri, həmçinin bir sıra beynəlxalq və regional problemlər də danışıqların mövzusunu təşkil edəcək.
Baki-xeber.com