Olimpiya oyunlarının keçirildiyi Rio-de-Janeyroda naməlum şəxslər jurnalistlərin də içərisində olduğu avtobusu daşa basıb.
Baki-xeber.com bu barədə gazeta.ru-ya istinadən xəbər verir. Xəbərə görə, olay avtobus Olimpiya klasteri Deodorodan media mərkəzinə yol alarkən yaşanıb. Nəticədə türkiyəli volontyorun və belaruslu jurnalistin xəsarət aldığı xəbər verilir.
Hadisənin şahidləri avtobusun odlu silahla atəşə tutulduğunu deyir, lakin polis bunun daşabasma olduğu versiyasının üzərində dayanıb. Bildirib ki, avtobusun şüşələri bərk predmetlə zərbə nəticəsində sınıb.
Hazırda xüsusi xidmət orqanları məsələnin kökünü araşdırır.