şənbə günü, 31 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
KİVDF Xaçmaz İcra Hakimiyyətilə multikulturalizm mövzusunda geniş regional konfrans keçirdi
Tarix: 10.08.2016 / 02:37
Bölmə: Gündəm
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfrans keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, şimal regionu üzrə milli-dini icmaların, habelə yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Xaçmaz
Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qonaqları salamlayaraq multikulturalizm ili çərçivəsində belə bir tədbirin təşkilinin rayonun dini-milli dözümlülük və sivil birgəyaşayış sahəsindəki nailiyyətlərinin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd edib. Ş.Xanbabayev şimal bölgəsinin dini tolerantlıq və multikulturalizm sahəsində mühüm uğurlara imza atdığını, Xaçmazda 22 azsaylı xalqın nümayəndələrinin dinc və mehriban qonşuluq şəraitində yaşadığını xüsusi vurğulayıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində respublikamızın Cənubi Qafqazın lider dövlətinə çevrildiyini, burada müxtəlif beynəlxalq tədbirlərin təşkil edildiyini, habelə bu günlərdə Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün keçirildiyini diqqətə çəkib. Ş.Xanbabayevin sözlərinə görə, Azərbaycanda təşkil olunan müxtəlif beynəlxalq tədbirlər xalqımızın multikultural dəyərlərə sıx bağlılığını bütün dünyaya nümayiş etdirir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı millətlərarası münasibətlərin inkişaf etdirilməsində, eləcə də multikultural dəyərlərin təşviqində kütləvi informasiya vasitələrinin mühüm rolunu önə çəkərək Fondun yerli icra hakimiyyəti orqanları ilə media qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsindəki xidmətlərini də xüsusi vurğulayıb və sözü icraçı direktor Vüqar Səfərliyə verib.
Qonaqları salamlayan Vüqar Səfərli multikulturalizm ili çərçivəsində belə bir tədbirin Xaçmazda keçirilməsini rayonun dini-milli tolerantlıq və etnik dözümlülük sahəsindəki mühüm uğurları ilə izah edib. Azərbaycanda tarixən müxtəlif millətlərin, dini-etnik icmaların dinc və mehriban şəraitdə yaşadığını vurğulayan Vüqar Səfərli əlavə edib ki, hazırda Xaçmaz, Quba, Qusar, Qəbələ, İsmayıllı, Qax, Lənkəran, Gədəbəy və digər rayonların timsalında multikultural ənənələr daha da inkişaf edir, nəsildən-nəslə ötürülür.
V.Səfərli ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizin bu sahədə mühüm uğurlar əldə etdiyini xatırladaraq bu siyasətin son 13 ildə uğurla davam etdirildiyini vurğulayıb. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən mötəbər idman yarışları, iqtisadi və humanitar forumlar, çoxsaylı mədəni tədbirlərin nəticəsi olaraq respublikamızdakı tolerant və multikultural mühit beynəlxalq miqyasda izlənir və təqdir olunur.
V.Səfərli bildirib ki, dövlət başçısının 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi respublikamızın bu sahədə qazandığı nailiyyətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasını zəruri edir. İcraçı direktor bu baxımdan Xaçmazda keçirilən konfransın əhəmiyyətinə diqqət çəkərək Fondun multikulturalizm mövzusuna xüsusi diqqət ayırdığını, 2016-cı ilin birinci yarısında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu mövzuda bir fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini, daha bir müsabiqənin hazırda davam etdiyini vurğulayıb.
İcraçı direktor KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası əsasında Fondun maliyyə yardımı ilə bir sıra qəzetlərdə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə hər il 600 səhifəyədək layihə materialının, habelə fərdi jurnalist yazıları müsabiqələrində çoxsaylı yazıların dərc edildiyini vurğulayıb. V.Səfərli Azərbaycanın azsaylı xalqların sıx yaşadığı digər bölgələrində də bu cür konfransların keçiriləcəyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir" mövzusunda məruzəsində Azərbaycanda multikultural dəyərlərin tarixi inkişaf mərhələlərinə nəzər salaraq başqa dinlərə və millətlərə dözümlü münasibəti Azərbaycan xalqının həyat tərzi, habelə milli düşüncə sistemindən qaynaqlanan mənəvi-əxlaqi məsələ kimi dəyərləndirib. Komitənin sədr müavini, həmçinin,
vurğulayıb ki, Azərbaycanda multikulturalizmin inkişafına Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, zəngin iqtisadi resurslar, islam dininin geniş yayılması ilə yanaşı, dövlətin dəstəyi də mühüm təsir göstərib. Gündüz İsmayılov, həmçinin, komitənin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov "Multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti kimi" mövzusunda məruzəsində Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda milli-etnik və dini zəmində ciddi problemlərin baş qaldırdığını, separatçılıq meyllərinin gücləndiyini, bu sahədəki dözülməz vəziyyətin yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sabitləşdiyini xatırladıb. Son illərdə bu sahədə həyata keçirilən dövlət siyasətindən söz açan C.Məmmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, habelə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin yaradılmasını və fəaliyyətini xüsusilə qeyd edib. O, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi tarixi uğurların beynəlxalq ictimaiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin də üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli "Multikultural dəyərlərin təşviqində medianın rolu" mövzusunda məruzəsində bildirib ki, kütləvi informasiya vasitələri ölkədə millətlərarası və dinlərarası münasibətlərin inkişafını təşviq və təbliğ etməklə yanaşı, ziyanlı meyllərə qarşı adekvat münasibət göstərməlidir. E.Mirzəbəyliyinin sözlərinə görə, bu gün qlobal miqyasda islam dini və müsəlmanlar əleyhinə aparılan qərəzli kampaniyaya qarşı səmərəli əks-hücumun təşkili də vacib məsələlərdəndir. O, həmçinin, vurğulayıb ki, torpaqlarımızı işğal edən təcavüzkar Ermənistan Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşamasının guya qeyri-mümkünlüyünü iddia etsə də, Azərbaycandakı mövcud multikultural və tolerant mühit bu cılız iddianı puça çıxarır.
Sonra məruzələr ətrafında müzakirələr başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz üzrə səlahiyyətli nümayəndəsi Yaşar Rzayev, idarənin şimal bölgəsi üzrə qazısı Naib Səttarov, Siyəzən üzrə səlahiyyətli nümayəndəsi Məmmədağa Sultanov, habelə Dağ Yəhudiləri İcmasının Quba rayonu üzrə rəhbəri Yuri Niftəliyev mövzu ətrafında fikirlərini bölüşərək Azərbaycanda müasir dünya ölkələrinə nümunə olacaq multikultural cəmiyyət modelinin formalaşdığını vurğulayıblar. Tədbiri yekunlaşdıran Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda yürüdülən uğurlu siyasət nəticəsində ölkəmizdə bütün azsaylı xalqların nümayəndələrinin mənafeyinin təmin olunduğunu, onların Azərbaycan vətəndaşı adı altında birləşdiyini bildirib. İcraçı direktor konfransın təşkilinə görə Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirərək qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirlərin bundan sonra da davam etdiriləcəyinə inamını ifadə edib.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
Tarix: 27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub -
işin içində azərbaycanlılar da var…
Tarix: 26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
Tarix: 24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə -
gənclər Vuçiçi devirməyə qərarlıdır
Tarix: 22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi
Tarix: 20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı -
həm də insan haqları mövzusunda…
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- FOTO
29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü
29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...
29.10.2026 / 21:10
“Mən burdayam, ata...”
29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...
29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...
29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi
- dünyadakı bütün münaqişələrin kökləri eynidir...
29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...
29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...
29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları -
Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?
29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib”
- Vilayət Eyvazov
29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə
- 8 nəfərə tibbi müdaxilə olundu...
29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib
29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi
- onları stulla döyərik…
29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı
- 3 nəfər məsuliyyətə cəlb olundu
29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu
29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu...
tək İlon Mask...
29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...
29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...
29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada
29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib
29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ