Türk zabiti, NATO-nun ABŞ-ın Virciniya ştatındakı bölümündə xidmət edən ordu komandanı ABŞ hökumətindən siyasi sığınacaq istəyib.
Baki-xeber.com bu barədə gazeta.ru saytından məlumat əldə edib. Xəbərə görə, ötən ay baş verən çevriliş olaylarının ardından Türkiyə hökuməti həmin hərbçini ölkəsinə geri çağırıb. Həmin zabitin NATO-nun Norfolkdakı mənzil-qərargahında xidmət etdiyi xəbər verilir.
Türkiyənin Vaşinqtondakı səfirliyindən isə onlara Hərbi-Dəniz Donanmasının kontr-admiralı Mustafa Uğurlunun həbsilə bağlı order gəldiyi bildirilib. Lakin o da xəbər verilib ki, zabit əmrə tabe olmayıb və vətənə dönməkdən imtina edib. "22 iyulda o, özünün kimlik vəsiqəsini və fərqlənmə nişanlarını bazada buraxaraq qeyb olub. Bundan sonra onu nə görən, nə də barəsində eşidən olub”- deyə türk diplomatik nümayəndəliyindən bildirilib. Səfirlikdən o da bildirilib ki, ondan başqa daha iki zabitin vətənə dönməsi tələb olunub ki, onlardan biri artıq qayıdıb, digəri isə tezliklə qayıdacaq.