Rusiya prezidenti Vladimir Putinlə Sankt-Peterburqun Konstantinov sarayında görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılanma törəni münasibətlərdəki yaxınlığı göstərən bəzi nüansları ilə diqqət çəkib.
Baki-xeber.com-un Rusiya mətbuatına istinadən xəbərinə görə, belə nüanslardan biri də özünü prezidentlərin birgə naharında göstərib. Məsələ burasındadır ki, Rusiyada qəbul olunmuş ənənəyə görə, yüksək qonağa verilən dəyərin göstəricisi olaraq ona öz fotosunun əks olunduğu boşqabda yemək qoyulur. Özü də bu sayqı hər kəsə deyil, məhz seçilmiş qonaqlara göstərilir. 8 aydır iki ölkə arasında yaşanan üzücü gərginliyin ardından Putinin adından verilən ziyafətdə Türkiyə prezidentinə edilən bu jest isə düşünməyə əsas verir ki. əslində əldə olunan barışıq hər iki ölkə liderinin ürəyincədir.
Xəbərdə o da bildirilir ki, sonuncu dəfə Kremlin bu özəl münasibəti ötən ilin avqustunda Moskvaya səfər etmiş Misir prezidenti Əbdül-Fəttah Xəlil Əl-Sisiyə göstərilmişdi.