Sankt-Peterburqun Konstantinov sarayında Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
Baki-xeber.com-un ria.ru saytına istinadən xəbərinə görə, Türkiyə prezidentini qarşılayan Rusiya dövlət başçısı deyib ki, Rusiya – Türkiyə münasibətlərinin gərginləşməsindən sonra Türkiyə liderinin Rusiyaya səfəri iki ölkə arasında dialoqun yenilənməsindən xəbər verir. Putin onu da diqqətə çatdırıb ki, münasibətlərin gərgin olmasına baxmayaraq, Türkiyədə 15 iyul çevriliş olayları baş verərkən Ərdoğana dəstək zəngi vuranlardan biri də özü olub. O deyib ki, Ərdoğanın rəhbərliyilə Türk xalqının bu böhranın öhdəsindən gələcəyinə əmindir.
Xatırladaq ki, ötən ilin noyabrında baş verən təyyarə olayı ilə münasibətlərin kəskin pisləşməsindən sonra bu, iki ölkə liderinin ilk görüşüdür.