şənbə günü, 31 oktyabr 2026
     

Bakıda görüşən üç ölkə lideri Avrasiyanın geosiyasətini dəyişə biləcək layihələri müzakirə etdi

Image


Avqustun 8-də üç liderin nəzərdə tutulan üçtərəfli sammiti ikitərəfli görüşlərlə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşündə Prezident İlham Əliyev bildirib: «Sizi yenidən Azərbaycanda salamlamağa şadam. Vladimir Vladimiroviç, son üç ildə bu Sizin Azərbaycana üçüncü səfərinizdir. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.

Mən də tez-tez Rusiyada oluram. Bu yaxınlarda, iyun ayında Peterburqda görüşmüşdük. Tez-tez baş tutan görüşlər, əlbəttə, bizim münasibətlərimizin inkişafına yeni təkan verir. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bizim həyatımızın, demək olar ki, bütün sahələrini əhatə edir. Biz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayırıq, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir. Sentyabr ayında Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Beynəlxalq Humanitar Forum keçiriləcək. Bütün bunlar bizim münasibətlərimizin inkişafı üçün möhkəm zəmin yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində Sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən Sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm. Bu gün həm də İran, Rusiya və Azərbaycan liderlərinin ilk üçtərəfli görüşü keçiriləcək. Çox ümidverici olan bu yeni format ikitərəfli əməkdaşlıq çərçivəsində yaxşı potensiala malikdir və bu gün qarşılıqlı regional fəaliyyətin mühüm məsələləri müzakirə ediləcək. Fikrimcə, bu həm ölkələrimizin iqtisadi inkişafına, həm də bizim regionda təhlükəsizlik sisteminin möhkəmlənməsinə şərait yaradacaq. Sizi bir daha səmimi qəlbdən salamlayıram, xoş gəlmisiniz».

Rusiya Prezidenti Vladimir Putin bildirib: «Siz Qarabağı xatırlatdınız, bu, həqiqətən hələ sovet dövründən bizlərə qalmış problemdir. Bilirik bu, Azərbaycan və Ermənistan üçün nə qədər vacib məsələdir. Biz çalışacağıq ki, Ermənistan və Azərbaycan elə həll variantı tapsın ki, kompromisli və hər iki tərəf üçün qəbul edilən olsun, hər iki ölkənin xalqları qalib olsun və hər iki dövlət bu mürəkkəb məsələni bugünkü və gələcək nəsillərin maraqları çərçivəsində həll etdiklərini hiss etsinlər».

Rusiya və Azərbaycan dollar ifadəsində azalan ticarət dövriyyəsinin həcminin artırılması yollarını tapa bilər. Azərbaycanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə belə bildirib.

Onun sözlərinə görə, ticarət dövriyyəsində baş vermiş azalmaya dünya iqtisadiyyatında və hər iki ölkənin iqtisadiyyatında böhran olması səbəb olub: «Bizim ənənəvi ixrac məhsullarının qiymətinin aşağı düşməsi, məzənnə fərqi də ticarət dövriyyəsinin azalmasının səbəblərindəndir. Bu gün bu məsələlərin həlli barədə danışa biləcəyik».

Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün yaxşı baza yaranıb: «Biz fiziki həcmləri saxlayırıq. Bizim nəinki energetika sahəsində, digər sahələrdə də perspektivli layihələrimiz mövcuddur».

V.Putin qeyd edib ki, hazırda Rusiyanın təxminən 600 şirkəti Azərbaycanda çalışır: «Azərbaycana birbaşa investisiyaların həcmi təxminən 1,5 mlrd. dollar təşkil edir. Bizim Xəzər dənizindəki əməkdaşlığımız, həmçinin hərbi əməkdaşlığımız davam etdirilir».

Rusiya prezidenti əlavə edib ki, ikitərəfli əməkdaşlıq kağızda deyil, görülən işin sayəsində strateji tərəfdaşlıq xarakteri alıb ki, bu da münasibətlərin şaxələndirilməsi üçün olduqca vacibdir.

Daha sonra Putin Bakıda Ruhani ilə görüşüb Rusiya Prezidenti görüşdə ölkəsi ilə İran arasında bütün sahələrdə mövcud olan münasibətlərdə inkişaf olduğunu vurğulayıb.

Tehrana səfəri zamanı ona göstərilən səmimi qəbulu xüsusi qeyd edən Rusiya Prezidenti deyib: «İkitərəfli münasibətlərin inkişafında böyük yol keçmişik və bizim dostluq münasibətlərimiz getdikcə möhkəmlənir, çox planlı xarakter kəsb edir. Bu bütün sahələrə aiddir».

Sonra V.Putin qeyd edib: «Biz Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür etməliyik ki, bizə, həmçinin, regiondakı vəziyyət haqqında üçtərəfli formatda danışmağa imkan verən bu görüşü təşkil edib».

Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər. Bunu da Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putin bəyan edib. O qeyd edib ki, bu layihələr energetika və nəqliyyat sahələrini əhatə edə bilər.

«Üçtərəfli formatda görüşün təşkilinə görə Sizə minnətdaram, bu da Sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var» - deyən Putin üçtərəfli formatda iqtisadi-ticarət əlaqələrinin diversifikasiyasını da istisna etməyib.

Daha sonra Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

«Trend»in məlumatına görə, söhbət zamanı Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulanıb.

Görüşdə əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün keçirildiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu, tarixi hadisədir: «Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır».

Dövlət başçısı sonra deyib: «Mənim dəvətimi qəbul edərək zirvə görüşünün işində iştiraka görə Prezident Putinə və Prezident Ruhaniyə minnətdaram. Qeyd etməliyəm ki, bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda üç ölkənin xarici işlər nazirləri görüşüblər. Əminəm ki, bugünkü zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcək. Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İranla, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər, ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər».

Prezident İlham Əliyev deyib ki, Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir: «Bu təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir. Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini açıq şəkildə dəfələrlə bildirib. Azərbaycan müstəqil siyasət aparır, bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir».

Dövlət başçısı vurğulayıb ki, İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır, hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan edib: «Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdırlar. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpağımızın 20 faizi işğal altındadır, bu işğaldan bir milyondan artıq azərbaycanlı əziyyət çəkir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr 20 ildən artıqdır ki, icra edilmir».

Prezident İlham Əliyev bildirib ki, son vaxtlar yaşadığımız regionda risqlər və təhdidlər artır: «Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində bütün dünya səylərini birləşdirməlidir. Ancaq bu halda biz beynəlxalq terrorizmə qalib gələ bilərik. Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipal mövqeyi dəyişməzdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirəyə çıxarıb, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürüb. 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər mövzusunda keçirilmiş yüksək səviyyəli iclası xüsusi qeyd etmək istərdim. İclasın yekununda bəyanat qəbul olunub, terrorun bütün formaları və təzahürləri bir daha pislənib».

Rusiya Prezidenti Vladimir Putun isə bildirib ki, Azərbaycan və İran Rusiya üçün mehriban qonşu və mühüm tərəfdaşdır.

V.Putin deyib: «Bizim məhsuldar əməkdaşlıq təcrübəmiz var. Bu gün biz, sozsüz ki, münasibətlərdə yeni səhifə açır, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk».

İran Prezidenti Həsən Ruhani isə deyib ki, İranın xarici siyasətində prioritet qonşu ölkələrlə çoxtərəfli münasibətlərin inkişaf etdirilməsidir: «Ona görə İran qonşuları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün bütün ideyaları alqışlayır».

İran Prezidenti Prezident İlham Əliyevə bu zirvə görüşünün təşkilli üçün minnətdarlığını bildirib.

Azərbaycan, Rusiya və İran Xəzərin hüquqi statusu barədə konvensiyanın tez bir zamanda qəbul edilməsinin vacibliyini qeyd edir. «Trend» RİA «Novosti»yə istinadən məlumat verir ki, bu barədə qəbul edilmiş birgə Deklarasiya layihəsində qeyd olunub.

Bakıda sammitin yekunları üzrə üç ölkə liderlərinin deklarasiyasında deyilir: «Xəzər dənizi sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirilir və tərəflər Xəzərin hüquqi statusu barədə konvensiyanın tez bir zamanda qəbul edilməsinin vacibliyini bildirir».

Azərbaycan, Rusiya və İran nəqliyyat infrastrukturunun, o cümlədən «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün tədbirlər görəcək. Bu barədə də Deklarasiya layihəsində qeyd olunub.

Həmçinin bildirilir ki, Bakı, Moskva və Tehran «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin realizəsinə bundan sonra da töhfələrini verməyə hazırdır.

Rusiya, İran və Azərbaycan beynəlxalq ictimaiyyəti terrorizm və narkotik qaçaqmalçılığına qarşı apardıqları mübarizəyə qoşulmağa çağırır. Bu barədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilir.

«Tərəflər terrorizm, ekstremizm, sərhədyanı cinayətkarlıq, qanunsuz silah alveri, narkotik qaçaqmalçılığı, insan alveri və İKT sahəsində cinayətkarlığa qarşı mübarizə aparmaq niyyətindədir. Onlar BMT-nin koordinatorluğu ilə beynəlxalq sabitlik və təhlükəsizlik üçün bu çağırışların və təhdidlərin effektiv həlli üçün səylərinə qoşulmağa çağırırlar», - deyə sənəddə bildirilir. Bəyannamədə qeyd olunur ki, tərəflər terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmlə effektiv mübarizə üçün tədbirlərin hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədilə ikitərəfli və üçtərəfli məsləhətləşmələrin aparılmasının vacibliyini önə çəkirlər. Tərəflər etiraf edirlər ki, bölgədəki həll olunmamış münaqişələr regional əməkdaşlıq üçün böyük maneədir. Bununla əlaqədar onlar bu münaqişələrin danışıqlar və beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin vacibliyini vurğulayırlar. Rusiya, Azərbaycan və İran həmçinin biznes, mədəniyyət və turizm sahəsində üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirmək qərarına gəlib. Onlar üç ölkənin vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinin davam etdirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan, Rusiya və İran, energetika və nəqliyyat sahələri də daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı gücləndirməklə bağlı razılığa gəlib. Bu barədə üçtərəfli Bakı görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilir.

«Tərəflər bərabərlik və qarşılıqlı mənfəət əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əlaqələri gücləndirmək niyyətindədir. Tərəflər investisiyaların təşviqi və müdafiəsi sahəsində regional və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətin vacibliyini yenidən dəstəklədiyini təsdiqləyir, investisiya layihələrinin reallaşması və yeni texnologiyaların cəlbində mühüm rola malik olan bank sahəsində əməkdaşlığın yaxşılaşdırılması da daxil olmaqla əlverişli şəraitin qorunmasının zəruriliyini vurğulayır», - deyə bəyannamə layihəsində qeyd olunub.

Bəyannamə layihəsində o da qeyd olunub ki, tərəflər regionda iqtisadi artıma, beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional, eləcə də beynəlxalq energetika və nəqliyyat dəhlizlərinin inkişafı məqsədi ilə hər iki sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir: «Tərəflər regional və beynəlxalq təbii qaz bazarlarının sabit fəaliyyəti üçün Azərbaycan, İran və Rusiyanın töhfəsinin zəruriliyini qeyd edir və gələcəkdə bu sahədə qarşılıqlı fəaliyyətin daha da yaxşılaşdırılmasının, o cümlədən qazın nəqli və tədarükü ilə bağlı texnologiyaların təqdim edilməsinin tərəfdarı olduqlarını bəyan edir. Bununla əlaqədar tərəflər gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq və qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətindədir».



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ