Avqustun 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri başa çatıb.
Baki-xeber.com bu barədə Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Prezidenti Vladimir Putini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıb.