İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 8-də başa çatıb.
Baki-xeber.com bu barədə Prezidentin rəsmi İnternet səhifəsinə istinadən xəbər verir. Xəbərdə bildirilir ki, İran prezidentini yolasalma mərasimində hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Həsən Ruhanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıb.