Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə rəsmi ziyafət verilib.
Baki-xeber.com bu barədə xəbəri Prezidentin rəsmi İnternet səhifəsindən alıb. Xatırladaq ki, avqustun 8-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçirilib. Görüşün sonunda prezidentlər birgə bəyannamə qəbul ediblər.