şənbə günü, 31 oktyabr 2026
     

Prezidentlərin üçtərəfli Bakı görüşündə Qarabağ, iqtisadi, siyasi və təhlükəsizlik məsələsi...

Image


Daha sonra Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Trend-in məlumatına görə, söhbət zamanı Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulanıb.

Görüşdə əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün keçirildiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu, tarixi hadisədir: "Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır".

Dövlət başçısı sonra deyib: "Mənim dəvətimi qəbul edərək zirvə görüşünün işində iştiraka görə Prezident Putinə və Prezident Ruhaniyə minnətdaram. Qeyd etməliyəm ki, bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda üç ölkənin xarici işlər nazirləri görüşüblər. Əminəm ki, bu günki zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcək. Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğtafiya birləşdirir. Azərbaycanı həm İranla, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər, ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər".

Prezident İlham Əliyev deyib ki, Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir: "Bu təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir. Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini açıq şəkildə dəfələrlə bildirib. Azərbaycan müstəqil siyasət aparır, bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir".

Dövlət başçısı vurğulayıb ki, İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşır, hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan edib: "Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdırlar. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər. Münaqişə ilə bağlı mövcud olan status-kvo qəbuledilməzdir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişənin həll olunması üçün ilk növbədə Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, torpağımızın 20 faizi işğal altındadır, bu işğaldan bir milyondan artıq azərbaycanlı əziyyət çəkir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr 20 ildən artıqdır ki, icra edilmir".

Prezident İlham Əliyev bildirib ki, son vaxtlar yaşadığımız regionda risqlər və təhdidlər artır: "Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində bütün dünya səylərini birləşdirməlidir. Ancaq bu halda biz beynəlxalq terrorizmə qalib gələ bilərik. Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipal mövqeyi dəyişməzdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirəyə çıxarıb, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürüb. 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər mövzusunda keçirilmiş yüksək səviyyəli iclası xüsusi qeyd etmək istərdim. İclasın yekununda bəyanat qəbul olunub, terrorun bütün formaları və təzahürləri bir daha pislənib".

Dövlət başçısı sonra qeyd edib: "Hörmətli həmkarlar, bizi birləşdirən Xəzər dənizi bizim ümumi sərvətimizdir: "Xəzər dənizi sülh və əməkdaşlıq dənizidir və belə də qalmalıdır. Xəzər dənizinin ekosisteminin qorunması bütün xəzəryanı ölkələrin ümumi işidir. Azərbaycan bu istiqamətdə öz töhfələrini verir. Xəzər dənizində zəngin neft-qaz yataqları yerləşir. Xəzərin Azərbaycan sektorunda Rusiya və İran şirkətləri neft-qaz yataqlarının işlənməsində 20 ildir ki iştirak edirlər, böyük sərmayə qoyurlar. Öz növbəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlıdır. Üçtərəfli format iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacaq. Rusiya və İran Bizim əsas tərəfdaşlarımızdandır. Əminəm ki, üçtərəfli format ölkələrimizin biznes strukturları üçün də faydalı olacaq, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu və qarşılıqlı ixrac imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir".

Prezident İlham Əliyev bildirib ki, maliyyə, bank, sığorta sektorunda əməkdaşlığın yaxşı perspektivləri var: "Ölkələrimizin geniş maliyyə imkanlarını nəzərə alaraq biz başqa ölkələrdə müştərək investisiya layihələrində iştirak edə bilərik. Azərbaycanda sərmayə qoyuluşu üçün münbit şərait yaradılıb, son 20 ildə Azərbaycana 200 milyard dollar investisiya yatırılıb, Bunun yarısı xarici sərmayədir. Kənd təsərrüfatı, turizm, telekommunikasiya sahələri sərmayə qoluluşu üçün böyük potensiala malikdir. Davos İqtisadi Forumunun qlobal rəqabət qabiliyyətliliyi indeksində Azərbaycan 40-cı yerə layiq görülüb. Elektroenergetika sektorunda əməkdaşlıq uğurla aparılır. Azərbaycan həm İranla, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Hər iki ölkənin enerji mübadiləsinin həcmi ildən-ilə artır. Rusiya ilə mövcud olan sazişə əsasən, Azərbaycanın enerji sistemi Rusiyanın vahid enerji sistemi ilə paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini, Xaçmaz, Dərbənd və Yalama elektrik veriliş xətləri birləşdirir. İranla da hazırda Parsabad, Astara-Astara və Culfa elektrik veriliş xətləri ilə enerji mübadiləsi həyata keçirilir. Bir neçə gün əvvəl İmişli və Parsabad arasında elektrik xətti də birləşdirildi. Masallı və Astara şəhərləri arasında isə elektrik xətləri yaxın gələcəkdə istismara veriləcək. Artıq Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib, ixrac potensialımız artıb. Əminəm ki, birgə səylərlə biz etibarlı enerji dəhlizinin formalaşmasına nail ola bilərik. Bu dəhliz 3 ölkə arasında enerji mübadiləsini və yeni bazarlara çıxışı təmin edə bilər".

Dövlət başçısı deyib: "Şadam ki, sərhəd mühafizə işində etibarlı əməkdaşlıq mövcuddur. Azərbaycan tərəfinin təşəbbüsü ilə İran, Rusiya və Azərbaycan sərhədçilərinin rəhbərləri Bakıda görüşdü. Bu sahədə əməkdaşlığın dərinləşməsi, birgə təlimlər, o cümlədən Xəzər dənizində birgə tədbirlər, operativ informasiya mübadiləsi ölkələrimizin təhlükəsizliyini daha da möhkəmləndirəcək. Nəqliyyat sektorunda əməkdaşlığın çox yaxşı və ümidverici gələcəyi var. Azərbaycan dünyada yeganə ölkədir ki, həm İranla, həm də Rusiya ilə sərhəddi var. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İranla sərhəddinə qədər öz dəmir yolunu uzatsın. Ümid edirəm ki, yaxın gələcəkdə biz buna nail olacağıq. Eyni zamanda, bu yaxınlarda Azərbaycan-İran sərhəddində, Astaraçay üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu infrastruktur layihələri "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissələridir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcək. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi var, tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə tezliklə bu layihənin icrasına nail olacağıq. Sevindirici haldır ki, ölkələrimizdə milli və dini məsələlərdə heç bir problem yoxdur. Bu bizim ölkələrimizin qazandığı dəyər və sərvətdir. Azərbaycan əsrlər boyu müxtəlif dillərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Biz Şərqlə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Tarix boyu müxtəlif dillərin və mədəniyyətlərin nümunələri Azərbaycanda sülh, qardaşlıq şəraitində yaşayıblar. Multikultiralizm Azərbaycanda həyat tərzidir. Azərbaycan çoxmillətli ölkədir. 2016-cı il Azərbaycanda multikulturalizm ili elan edilib".

Prezident İlham Əliyev sonra vurğulayıb ki, Azərbaycan nadir dövlətlərdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də Avropa Şurasında təmsil olunur: "Ölkələrimiz bu təşkilatlar daxilində uğurla əməkdaşlıq edir. Hörmətli həmkarlarımız, yaratdığımız üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu çox önəmli, yeni təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhü, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcək. İqtisadi əməkdaşlıq, nəqliyyat, energetika sektorunda 3 tərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edəcək. Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiqli yer tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsi göstəririk. Bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə, bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik".


Putin: "Azərbaycan və İran Rusiya üçün mühüm tərəfdaşdır”

Rusiya Prezidenti Vladimir Putun isə bildirib ki, Azərbaycan və İran Rusiya üçün mehriban qonşu və mühüm tərəfdaşdır.

V.Putin deyib: "Bizim məhsuldar əməkdaşlıq təcrübəmiz var. Bu gün biz, sozsüz ki, münasibətlərdə yeni səhifə açır, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk".

Rusiya Prezidentinin sözlərinə görə, belə bir format labüddür.

V.Putin həmçinin qeyri-sabitlik zonaları, qaynar nöqtələr, ilk növbədə "İslam dövləti” və digər terror təşkilatları tərəfindən artan terror təhlükəsi kimi problemlərin həlli yollarının tapılması üçün daha sıx qarşlıqlı fəaliyyət qurulmasının vacibliyini qeyd edib.

Rusiya Prezidenti beynəlxalq terror təşkilatlarının fəaliyyəti haqqında informasiya mübadiləsinin aktivləşdirilməsinin məqsədəuyğun olduğunu qeyd edib: "Bu, bizim ölkələrin ərazisi ilə terrorçuların, silah və narkotikin tranzitinin qarşısının daha səmərəli alınması üçün vacibdir”.


Ruhani: "Qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi İran üçün prioritetdir”

İran Prezidenti Həsən Ruhani isə deyib ki, İranın xarici siyasətində prioritet qonşu ölkələrlə çoxtərəfli münasibətlərin inkişaf etdirilməsidir: "Ona görə İran qonşuları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün bütün ideyaları alqışlayır".

İran Prezidenti Prezident İlham Əliyevə bu zirvə görüşünün təşkilli üçün minnətdarlığını bildirib.

Onun sözlərinə görə, İranın xarici siyasəti başqa ölkələrə münasibətdə ümumi maraqlar, qarşılıqlı fayda əldə etməni nəzərdə tutur: "Bu çərçivədə, region ölkələri ilə əməkdaşlığı çox faydalı, lazımi və qarşıya qoyulan vəzifələri həll etməyə qadir olan hesab edirik".

H.Ruhani bildirib ki, üç xalqın tarixi maraqları və mədəni yaxınlığı münasibətlərin inkişafı üçün yeni şərait yaradır.

İran Prezidenti həmçinin qeyd edib ki, iqtisadiyyat və təbii sərvətlər sahəsində üçtərəfli əməkdaşlıq üçün imkanlar var.

Onun sözlərinə görə, terrorizm və ekstremizm, həmçinin xarici reqion dövlətlərin ölkənin işinə müdaxiləsi və iqtisadi sanksiyaların siyasi maraqlar üçün istifadə edilməsi yeni iqtisadi problemlər və çagrışlar yaradır - narkotik, separatizm, mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlıq.


İlham Əliyev: "Rusiya, İran, Azərbaycan üçtərəfli əməkdaşlığı bölgədə sabitləşdirici faktordur”

Prezident İlham Əliyev sammitdə yekun nitqində deyib ki, bu gün imzalanan birgə bəyannamə həm görülən işləri, bizim niyyətimizi, mövqeyimizi, eyni zamanda, gələcəyə baxışlarımızı əks etdirir.

İlham Əliyev bildirib ki, iki gündür ikitərəfli formatda görüşlər keçirilir: "Dünən İran İslam Respublikasının Prezidenti cənab Ruhani ilə mənim görüşüm olub, bu gün Rusiya Prezidenti cənab Putinlə görüşüm olub. Rusiya və İran prezidentləri də bu gün görüşüblər. Yəni bu görüşlərin çox böyük mənası var. Əslində, üçtərəfli format ikitərəfli əlaqələrin əsasında yaranır. Şadam ki, həm Azərbaycanın Rusiya və İranla, həm də Rusiyanın da İranla əlaqələri çox yüksək səviyyədədir və bu əlaqələrin inkişafı imkan verir ki, bu gün biz yeni əməkdaşlıq formatı haqqında nəinki danışaq, onu yaradaq. Yaşadığımız region çox mürəkkəbdir, risklərlə, təhdidlərlə dolu bölgədir və getdikcə əfsuslar olsun ki, bu risklər azalmır, artır. Belə olan halda üçtərəfli əməkdaşlıq regional təhlükəsizlik üçün əsas şərtdir. Rusiya, İran, Azərbaycan üçtərəfli əməkdaşlığı bölgədə sabitləşdirici faktordur".

Dövlət başçısı deyib: "Hesab edirəm ki, birgə səylərlə biz həm ölkələrimizi mümkün olan risklərdən qoruyacağıq, eyni zamanda, geniş mənada regionda əməkdaşlığı dərinləşdirəcəyik. Bu gün gündəlik çox genişdir. Artıq həmkarlarım bu barədə çıxışlarında öz sözlərini dedilər. Əlbəttə ki, biz gələcəkdə siyasi əlaqələri daha da möhkəmləndirməliyik. Biz qonşuyuq, mehriban qonşuluq şəraitində yaşayırıq və bu birliyi möhkəmləndirməliyik. Eyni zamanda, iqtisadi sahədə, ixrac potensialımızın artırılması, ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə tədbirlər görüləcək. Nümayəndə heyətlərinin müvafiq nazirləri bu məsələ ilə bağlı artıq görüşüblər və müəyyən razılığa gəliblər. Xüsusilə nəqliyyat energetika sahəsində əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Bu əməkdaşlıq üç ölkənin səyi ilə yaranıb və bir çox ölkələr buna qoşulacaq".

Prezident İlham Əliyev qeyd edib ki, yaradacağımız "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin həm təhlükəsizliyini, həm iqtisadi maraqlarını təmin edəcək: "Mən giriş sözümdə qeyd etdim, bizim əməkdaşlığımızın təməlində səmimi münasibətlərimiz, xoş niyyətimiz dayanır. Biz göstəririk və sübut edirik ki, bu mümkündür. Bəzən qonşular arasında problemlər, münaqişələr olur. Xöşbəxtlikdən bizim aramızdakı əlaqələr ancaq dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında qurulub. Biz bir-birimizi dəstəkləyirik, bir-birimizə inanırıq və güvənirik. Biz həm bölgəyə, həm dünyaya çox yaxşı əməkdaşlıq formatını nümayiş etdiririk. Əminəm ki, bu zirvə görüşünün nəticələri çox uğurlu olacaq, bəyannamədə əks olunan bütün məsələlər icra ediləcək. Beləliklə, xalqlarımız daha da yaxşı, təhlükəsizlik, sülh, rifah, əmin-amanlıq şəraitində yaşayacaq. Mən öz həmkarlarıma bir daha minnətdarlığımı bildirmək istəyirəm. Burda qeyd olundu ki, bu görüşün təşəbbüskarı Azərbaycan olub. Bu ilin fevral ayında mən İran İslam Respublikasında rəsmi səfərdə olarkən prezident Ruhani ilə bu məsələni müzakirə etdim, ondan çox müsbət cavab aldım. Bundan sonra prezident Putinlə əlaqə saxladım, onun da münasibəti çox müsbət oldu. Ondan sonra üç ölkənin xarici işlər nazirləri aprel ayında Bakıda görüşmüşlər və bu zirvə görüşünün hazırlanması üçün çox fəal iş görmüşlər. İmzaladığımız birgə bəyannamə çox ciddi siyasi sənəddir. Bu günki görüş tarixi görüşdür. Çünki bu həm tarixə əsaslanır, xalqlarımız əsrlər boyu bir yerdə olublar, eyni zamanda, bu tarixdə ilk dəfədir. Əminəm ki, bu görüşün davamı olacaq və bizim ölkələrimizin bundan sonrakı əməkdaşlığı dərinləşəcək".


Prezidentlərin sammitinin yekun deklarasiyası imzalandı

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin üçtərəfli görüşünün yekunu olaraq keçirilən sammitdə deklarasiya imzalandı.

Trend-in məlumatına görə, deklarasiyanın imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İran Prezidenti Həsən Ruhani üç dövlət başçısının iştirakı ilə növbəti sammitin İranda keçirilməsini təklif edib və bu təklifə görə dövlət başçısı İran Prezidentinə təşəkkür ifadə edib.

Trend



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ