Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti terrorizmə dəstək verdiklərinə görə barələrində beynəlxalq sanksiya tətbiq olunan şəxslərin siyahısını yeniləyib.
Trend-in məlumatına görə, Maliyyə Monitorinqi Xidməti Turki Məhəmməd Abdullah Əhməd Əl-Binəli (Bəhreyn), Faysan Əhməd bin Əli Əl-Zaxrani (Səudiyyə Ərəbistanı), Tuax Febrivansyax, Məhəmməd Şolex İbrahim (İndoneziya) və Hüseyn Juayfinin (Fələstin) adlarını siyahıya daxil edib.
Bundan əlavə, Əlcəzair vətəndaşı Fərid Ayder və Almaniya vətəndaşı Daniel Martin Şnayderin adları siyahıdan çıxarılıb.
Siyahının yenilənməsi BMT Təhlükəsizlik Şurasının qərarı və regional təşkilatlardan daxil olan məlumatlar əsasında həyata keçirilib.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, beynəlxalq siyahı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ölkənin Xarici İşlər Nazirliyinin təqdim etdiyi məlumat əsasında təsdiq edilir və yenilənir.