Azərbaycan və İran liderlərinin ikitərəfli görüşü iki ölkə əməkdaşlığında yeni səhifə açmağa imkan verəcək. Bunu "Trend”-ə fransalı senator Natali Qule deyib.
Onun sözlərinə görə, iki ölkə əməkdaşlığında mühüm məsələlərdən biri iqtisadi sahədir. N.Qulenin fikrincə, bundan başqa İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da rol oynaya bilər: "Əlbəttə ki, bu zaman İran Azərbaycanın daxili siyasətinə qarışmamaq niyyətini qoruduğunu nümayiş etdirməlidir".