Bu sözləri bu gün Türkiyədə milyonların iştirak etdiyi ümumxalq mitinqində prezident Ərdoğan səsləndirib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, İstanbulun Yenikapı meydanında keçirilən mitinqdə prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib. Bildirib ki, 15 iyul gecəsi küçələrə axın edən xalq ölümün özünə qalib gəldi. Prezident deyib ki, 15 iyul olayları dost ölkələrə göstərdi ki, Türkiyə nəinki siyasi, iqtisadi və diplomatik hədələrə, eyni zamanda hərbi sabotaja da boyun əyən deyil və bu ölkə sınan deyil.
Xəbərə görə, mitinqdə müxalif CHP və MHP-nin liderləri Kamal Kılıçdaroğlu və Dövlət Bahçeli də çıxış edib.Minlərlə Türk bayrağının dalğalandığı meydanda Azərbaycanın üçrəngli bayraqlarının da yer alması isə Azərbaycan – Türkiyə ayrılmazlığının simvolu olmaqla ürəkaçan mənzərə yaradıb.