şənbə günü, 31 oktyabr 2026
     

Həsən Ruhani İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi, Xəzərin sülh dənizi olacağına inandığını dedi

Image


Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və buna həmişə səy göstərmişik.

"Trend”-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani bu gün Azərbaycan və İran arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatda çıxışında deyib.

Prezident Həsən Ruhani deyib ki, görüş zamanı Dağlıq Qarabağ məsələsilə də bağlı danışıqlar aparılıb: "Son vaxtlarda olan vəziyyət barədə məlumat aldıq. İran inanır ki, regionda sülh və sabitlik bərpa olunacaq. Münaqişə sülh danışıqları ilə həllini tapmalıdır. Regionun müxtəlif məsələləri sülh və sabitlik yolu ilə öz həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi həmişə bu problemin həllinə səy göstərib. Bununla bağlı əlimizdən gələni əsirgəməyəcəyik".

Həsən Ruhani: Xəzər dənizi sahilyanı ölkələr üçün sülh və sabitlik məkanı olmalıdır

"Azərbaycan xalqının qonaqpərvərliyinə görə təşəkkür edirəm. Son 3 ildə iki ölkənin əlaqələri sürətlə genişlənməkdədir. İkitərəfli əməkdaşlıqda biz yaxşı addımlar atmışıq” – bu sözləri də İran Prezidenti Həsən Ruhani Azərbaycan və İran arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatda çıxışında deyib.

Prezident Həsən Ruhani bildirib: "İki ölkə prezidentlərinin səfərlərində, habelə konfranslar çərçivəsində görüşlərimizdə hər dəfə bir addım önə çıxmışıq. İki ölkənin müştərək mədəniyyəti eyni tarixə, məzhəbə və dinə malikdir və uzun illər bir-biri ilə qonşuluq şəraitində qardaşcasına yaşayıblar. Bu gün də iki dövlətin və xalqın əlaqələrin genişləndirilməsinə olan meyli bütün sahələri əhatə edir. Bu günki danışıqlarda gömrük rüsumlarının azaldılması və ticarətin inkişafı haqqında müzakirələr aparıldı. Birgə komissiyalar çalışmalıdırlar ki, iki ölkə arasındakı əsas məqsəd olan sərbəst ticarətin yaranması üçün zəmin yaratsınlar. İki ölkə arasında azad ticarətin yaradılmasına ümid edirik. Habelə, Avrasiya İqtisadi Birliyi ölkələri arasında olan rüsumları ləğv etmişik. İstəyirik ki, Azərbaycanla da bənzər sazişlərə çata bilək".

Prezident Həsən Ruhani qeyd edib ki, bank və maliyyə sahələrində də əsaslı işlər görülməlidir: "Bu gün bu sahədə iki mərkəzi bank arasında olan memorandumun imzalanmasının şahidi olduq və bank əlaqələrinin genişlənməsini istəyirik. İstəyirik ki, bu əməkdaşlıq azad ticarət əlaqələrinə zəmin yarada bilsin. İnvestisiya, sənaye və texnologiya sahəsində əməkdaşlıqda, avtomobil istehsalı layihəsinin başlanması kimi önəmli addımların şahidiyik. Bu layihə ildə 10 min avtomobil istehsalına gətirib çıxaracaq. Bu da Azərbaycanın və qonşu ölkələrin ehtiyaclarını ödəyəcək. Bu addımların hamısı iki ölkə arasında sənaye sahəsində əməkdaşlığın genişlənməsini göstərir".

İran Prezidenti Həsən Ruhani qeyd edib ki, əczaçılıq sahəsində də əməkdaşlığımız olacaq: "Çalışacağıq ki, bu sahədə də əməkdaşlıq genişlənsin. Habelə, Xəzər dənizi barədə də fikir mübadiləsi apardıq və bir daha təkid etdik ki, Xəzər dənizi sahilyanı ölkələr üçün sülh və sabitlik məkanı olmalıdır. Biz görüşdə qərara gəldik ki, Xəzər dənizi ilə əlaqədar bəzi problemləri aradan qaldırmaq üçün sürətli işlər görmək lazımdır. Həmçinin, Xəzər dənizində birgə fəaliyyət göstərmək üçün, xüsusilə neft-qaz sahəsində ciddi işlər aparılmalıdır. Birgə əməkdaşlıq sahəsində çalışacağıq ki, ekosistem sahəsində razılaşma əldə olunsun. Bizim üçün ekosistem çox önəmli məsələdir. Xəzər dənizinin çirklənməsi böyük bir təhlükədir. Bu sahədə də öncədən bəzi ölkələr arasında müqavilələr olub. Azərbaycanda da bu sahədə bir mərkəzin yaradılması vacibdir. Turizm sənayesinin sürətlənməsi və genişlənməsi, hava uçuşlarının çoxalması üçün hər iki ölkə səy göstərəcək ki, bu sahələrdə bir sıra asanlaşdırıcı işlər görülsün və viza rejimi aradan qaldırılsın. Viza rejiminin aradan qaldırılması ilə hər iki ölkənin vətəndaşları ölkələrə maneəsiz səfər edə biləcəklər. Mühüm məsələlərdən biri də tranzit məsələləri, xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizidir. Bu, həm iki ölkə, həm də region ölkələri üçün önəmli məsələdir. Hazırda Astara dəmir yolunun birləşdirilməsi daha çox önəmlidir. İkinci məsələ, Astara-Rəşt dəmir yolunun birləşdirilməsidir ki, hər iki ölkə bu sahədə birgə sərmayə yatıracaqlar və ortaq iş görüləcək. Bu layihənin 50 faizi İranın, 50 faizi isə Azərbaycanın payına düşür. Bu layihənin reallaşması nəticəsində Azərbaycan Fars körfəzi vasitəsilə başqa ölkələrlə əlaqə yaradacaq".

İran Prezidenti Həsən Ruhani həmçinin vurğulayıb ki, görüş zamanı Dağlıq Qarabağ məsələsilə də bağlı danışıqlar aparılıb: "Bu məsələdə son vaxtlarda olan vəziyyət barədə məlumat aldıq. İran inanır ki, regionda sülh və sabitlik bərpa olunacaq. Münaqişə sülh danışıqları ilə həllini tapmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və buna həmişə səy göstərmişik. Regionun müxtəlif məsələləri sülh və sabitlik yolu ilə öz həllini tapmalıdır. İran Azərbaycvan və Ermənistanın qonşusu kimi həmişə bu problemin həllinə səy göstərib. Bununla bağlı əlimnizdən gələni əsirgəməyəcəyik. Görüşdə regionda terrorizm təhlükəsinin və ifratçılıq məsələsinin də önəmli olduğu bildirildi. Bu məsələ həm Orta Asiyaya, həm yaxın Şərqə, həm də Qafqaza böyük problemdir. Bu sahədə də geniş danışıqlar apardıq. İki ölkə bu sahədə əməkdaşlıq edəcək".

İran Prezidenti Həsən Ruhani sonra deyib: "Mədəniyyət sahəsində və həqiqi İslamın təbliği ilə bağlı danışıqlar apardıq. Hər iki dövlət bu fikirdə birdir və çalışacaqlar ki, həqiqi İslamın təbliği üçün müəyyən şəraitlər yaradılsın. İslam adına olan ifratçılığa yol verilməsin. Bu cür hallardan uzaq olmalıyıq. Bu sahədə hər 3 ölkənin səyi, mədəni mövzular və elmi texnoloji əməkdaşlığımız gərək genişlənsin. Sabahkı üçtərəfli iclasımızın bütün region üçün faydalı olacağına ümid edirəm. Görüşdə üçtərəfli əməkdaşlıqlar, xüsusən də tranzit sahəsində, terrorizmlə mübarizə, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, iqtisadi sahədə razılıq əldə olunmasına ümid edirəm".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ