Cümə axşamı günü, 05 noyabr 2026
     

Milli Məclisdə Oqtay Əsədovun Zahid Oruca iradı və Smitin “iki əsas məqsədi”…

Image


ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smitin Konqresə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı təqdim etdiyi qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında sərt tənqid olunub. Iclasda həmçinin, ABŞ-da Azərbaycan diasporunun fəaliyyəti müzakirə edilib.

Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Azərbaycanla ABŞ arasında hərtərəfli əməkdaşlıq var: "Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, regionda və hətta regiondan kənarda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Amma təəssüf ki, bəzi qüvvələrin təsiri altında olan ABŞ rəsmiləri bu əməkdaşlığa xələl gətirməyə çalışır. Bu cür hərəkətlər ilk növbədə ABŞ-ın özünün maraqlarına ziddir”.

S.Əliyev bildirib ki, Kris Smit ermənilərin təsiri altında olan bir adamdır.

Deputat Fəzail Ağamalı bildirib ki, həmin qanun layihəsinin mahiyyətindən belə aydın olur ki, Kris Smit erməni lobbisinin təsiri altında olan konqresmendir: "Belə bir qanun layihəsi Ermənistan haqqında verilməlidir. Çünki Ermənistanda insan haqları mütəmadi pozulur. Ermənistana bu gün rəhbərlik edən kriminal rejim nəinki Azərbaycan vətəndaşlarına qarşı soyqırın aktının birbaşa iştirakçısı olub, eyni zamanda, öz ölkəsinin vətəndaşlarının da qəniminə çevrilib”.

F.Ağamalı vurğulayıb ki, Ermənistanda baş verən hadisələrə Smit və onun kimiləri səslərini qaldırmırlar: "Azərbaycanın tutmuş olduğu yol demokratik yoldur. Məni təəssüfləndirən odur ki, ABŞ ATƏT-in Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağın separatçıları ilə görüşür. Dövlət Departamenti indiyədək bu cür hallara qarşı hüquqi qiymətini verməyib. Bunun da arxasında ermənilərin təsirində olan dövlət katibi Con Kerrinin dirijor çubuğu dayanır”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə qeyd edib ki, Azərbaycanda hər ilin sonunda əfv fərmanı verilir: "Kris Smit belə bir qanun layihəsi ilə çıxış etməklə Azərbaycanı təxribata çəkmək istəyir. Ayın 16-da Kristofer Smit çıxışında dedi ki, bu gün Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik. Bu onu göstərir ki, bu qanun layihəsi də əvvəlcədən planlaşdırılıb. Layihə kontekstdən çıxarılmış Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu bir qrup adamın mövqeyidir”.

Deputat Zahid Oruc isə deyib ki, ABŞ-la Azərbaycan bütün hallarda işləməlidir: "ABŞ Konqresində Azərbaycanla dost olan konqresmenlər varmı? Əlbəttə var. Bir dəfə də onlar bizə uyğun akt hazırlayıblarmı? Ona görə biz ABŞ-la işi gücləndirməliyik”.

O, Azərbaycan diasporunun bu istiqamətdə fəallığa çağırıb.

Spiker Oqtay Əsədov isə Z. Oruca irad bildirib: "ABŞ-la iş aparılır. Amma bilirsən ki, orada erməni diasporunun tarixi nə vaxtdan başlayır, Azərbaycan diasporunun tarixi nə vaxtdan? 100 ildən çoxdur, orada yaşayan ermənilər artıq amerikanların ətinə-dırnağına işləyib. Amma biz orada cəmi 20 ildir, diaspor qururuq. 2007-ci ildə Konqresdə məsələ müzakirə olunarkən biz 210 səs əldə etdik. Cəmi 15 səs çatmadı. Bu göstərici deyilmi? Siz hər şeyin birdən-birə olmasını istəyirsiniz”.

Deputat Qüdrət Həsənqliyev isə qeyd edib ki, bu gün mətbuatda Ermənistanda referendumun saxtalaşdırıldığı barədə xəbər oxuyub: "ABŞ səfirliyi qeyd edib ki, sənədi saxtalaşdıranlar tədbirlərə çağırılmasın. Bizdə Əfv Komissiyasının üzvləri qeyd edirlər ki, əfv sərəncamı olacaq. Leyla və Arif Yunuslar azad edilib. Əfv sərəncamı imzalanandan deyəcəklər ki, onların addımından sonra əfv oldu. Məncə, buna diqqət etmək lazım deyil, əfv verilməlidir. Bundan sonra görək hansı bəhanəni tapacaqlar”.

Oqtay Əsədov bildirib ki, ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də Ermənistan diasporasının üzvüdür.

O, bildirib ki, bu məsələni o qədər də şişirtmək lazım deyil: "Bəzi jurnalistlər bunu şok hadisə kimi təqdim edirlər. Bunun nəyi şokdur? Bu adi bir komissiyadır. Məsələni bu bu cür şişirtmək çox böyük səfdir”.

O.Əsədov deyib ki, Kris Smit adi bir konqresmendir. Spiker bu qanun layihəsinin Konqresdən keçməyəcəyini bildirib: "ABŞ Konqresində kifayət qədər Azərbaycanın dostları var. Bu qanun layihəsinin Konqresdən keçəcəyinə inanmıram”.

O.Əsədov bildirib ki, Kris Smit erməni diasporasının təsiri altında olan adamdır.

O.Əsədov sonra qeyd edib ki, Kris Smitin bu hərəkəti iki məqsəd daşıyır: "Dünya Azərbaycanlıları Günü ərəfəsində əfv fərmanının imzalanması gözlənilir. İstəyirlər desinlər ki, guya biz dedik, Azərbaycan hökuməti də o adamları buraxdı. İkincisi istəyirlər ki, onların adını çəkdiyi adamlar buraxılmasın və bundan da Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər. Onlar bu yolla Azərbaycanı təxribata çəkmək istəyirlər”.

O.Əsədov bildirib ki, Ermənistan diasporunun ən radikal rəhbərlərindən biri Aram Hamparyan Twitter səhifəsində Smitlə ABŞ Konqresində çəkilmiş şəkil qoyub: "Qeyd edib ki, onun işini dəstəkləmək üçün ABŞ Konqresində Smitlə görüşlər keçirir. Bu göstərir ki, Kris Smit kimdir”.

O. Əsədov mətbuata da müraciət edərək ABŞ-ın Azərbaycandakı səfirinə bununla bağlı suallar ünvanlamağa çağırıb.

Hərbi xidmət zamanı həlak olmuş hərbçilər yeni qaydalarla dəfn ediləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında bəzi qanunlara dəyişikliklərdə təsdiqlənib. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə görə Azərbaycanda hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dəfn mərasimi yeni qaydalarla keçiriləcək. Dəyişikliyə əsasən, hərbçilərin dəfn mərasimində hərbi ehtiramın göstərilməsi üçün təyin edilmiş bölmələr fəxri mühafizə dəstəsi adlanır.

Taqım və ondan bölmə heyətində olan fəxri mühafizə dəstəsi çexolsuz mətəm lentləri taxılmış Döyüş Bayrağı ilə təmin olunmalıdır. Fəxri mühafizə dəstəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın Dövlət bayrağı ilə örtüləcək. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qaravul düzülə bilər. Habelə, şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək.

Dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə isə Azərbaycanda dəniz sahilinə yolu kəsənlər ciddi cəzalanacaq. Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar olaraq, müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunacaq.

Eyni zamanda xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.

Qeyd edək ki, hazırkı İnzibati Xətalar Məcəlləsində yuxarıda qeyd olunan xətalara görə maksimum cərimə 250 manatdır.

Dəyişikliklər səsə qoyularaq qəbul olunub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ