Seçkiləri işıqlandırmaq üçün ölkəmizə gələn dünya KİV-lərinin nümayəndələri təəssüratlarını Secki-2015.az saytı ilə bölüşüb.
Mallory Moss Katz, jurnalist (ABŞ): "Seçicilərin təkrar səsvermədə iştirak edib-etməməsini dəqiqləşdirmək məqsədilə ultrabənövşəyi mürəkkəbdən istifadə edilməsi çox yaxşı üsuldur. ABŞ-da bu proses tam başqadır, müsbət fikirdəyəm. Məndə çox yaxşı təəssürat yarandı”.
Vladimir Zernts, jurnalist (Rusiya): "Mən ilk olaraq şəffaflığı qeyd etməliyəm. Seçkilərə münasibət çox ciddidir. Təşkilatçılıq yüksək səviyyədədir . Barmağın yoxlanması müsbət təcrübədir”.