Bu gün saat 17:00-a qədər Milli Məclisə V çağırışda keçirilən seçkilərdə ən yüksək və ən aşağı seçici fəallığı qeydə alınan seçki dairələri açıqlanıb.
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, ən yüksək seçici fəallığı 14 saylı Xəzər Seçki Dairəsində (78,8 faiz) qeydə alınıb.