Saat 17:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə 2605948 seçici səs verib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı saat 17:00-a olan məlumatı açıqlayarkən deyib.
Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 50.1 faiz təşkil edib.