"Apardığımız müşahidələrdə heç bir qanun pozuntusuna rast gəlməmişik”. Baki-xeber.com-un ə görə, bu sözləri Secki-2015.az saytına açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının üzvü Aqustin Conde deyib.
A. Conde ikinci dəfədir ki, Azərbaycanda seçki prosesini izlədiyini bildirib: "Ölkənizdə inkişaf var. Seçki prosesinin təşkilində də xeyli irəliləyişlər müşahidə etdim. Seçici aktivliyi hiss olunur. İnsanlar səsvermə hüququndan həvəslə istifadə edirlər”.