"Ölkənizdə keçirilən seçkilərdə ilk diqqətimi çəkən məqam seçici fəallığının yüksək olmasıdır”. Secki-2015.az saytı xəbər verir ki, bu sözləri Azərbaycanda Milli Məclisə seçkiləri izləyən beynəlxalq müşahidəçi, Pakistan Senatının nümayəndəsi Babar Farhatullan deyib.
Beynəlxalq müşahidəçi səsvermənin tam qanunauyğun həyata keçirildiyini bildirib: "Seçki prosesi qanun çərçivəsində həyata keçirilir. Heç bir qanun pozuntusu müşahidə etməmişəm. Seçicilər, müşahidəçilər, məntəqə sədrləri və nümayəndələr ilə söhbətlər apardım. Əmin oldum ki, səsvermə demokratik şəraitdə keçirilir”.