Dünən Rusiya təyyarəsinin Sinay yarımadası üzərindən uçarkən qəzaya uğraması və 224 nəfərin həlak olması ilə bağlı qonşu ölkənin kədərinə bakılılar və şəhərimizin qonaqları da şərik olub. Belə ki, bu gün səhər saatlarından Rusiyanın Bakıdakı səfirliyi önünə axın başlayıb. İnsanlar, əlverişsiz hava şəraitinə baxmayaraq, səfirliyin önünə gül dəstələri qoyur, şamlar yandırırlar. Həlak olan uşaqların xatirəsinə isə buraya hətta oyuncaqlar da qoyulub. Gələnlər arasında Azərbaycanda bu gün keçirilən parlament seçkilərini izləmək üçün şəhərimizə təşrif buyurmuş Rusiya və MDB ölkələrindən müşahidəçilər və jurnalistlər də var.