Flydubai aviakompaniyası da Sinay yarımadası qzərindən uçuşları dayandırdı. Baki-xeber.com-un gazeta.ru saytına istinadən məlumatına görə, bu barədə Gulf News xəbər yayıb.
Hazırda təyyarələrin sözügedən ərazidən yan keçməklə uçuş istiqaməti araşdırılır.
Xatırladaq ki, daha öncə Air France, Lufthansa və Emirates Airlines Sinay yarımadası üzərindən uçuşların dayandırılması barədə qərar qəbul edib. Britaniya aviakompaniyası British Airways isə bəyan edib ki, Şarm əl-Şeyxə uçuşlar davam edəcək, lakin hər reys öncəsi ciddi təhlükəsizlik tədbirləri görüləcək.