Y.Sloboda qeyd edib ki, səsvermə prosesi Seçki Məcəlləsinə uyğun keçirilir və heç bir pozuntu müşahidə olunmur: "Məntəqələr vaxtında açıldı, seçicilərin olduqca yaxşı fəallığı müşahidə olunur. Komissiya normal rejimdə işləyir".
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.
Seçkilərdə "ELS” Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc.” təşkilatı ilə birgə "exit poll” keçirir.