Saat 12:00 olan məlumata görə, Milli Məclisə seçkilərdə 1468205 seçici səs verib. Secki2015-az saytının xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı saat 12:00-a olan məlumatı açıqlayarkən deyib.
Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 28.2 faiz təşkil edib.