Səsvermə prosesi ilə bağlı Mərkəzi Seçki Komissiyasında yaradılan "qaynar xətt”ə 34 müraciət daxil olub. Bu barədə Secki-2015.az saytına Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Bildirilib ki, müraciətlər əsasən seçki məntəqələrinin yeri və digər məsələlərlə bağlıdır. Hələlik qanun pozuntusu ilə bağlı məlumat daxil olmayıb.