Bu gün Azərbaycan Respublikasının tarixində növbəti parlament seçkiləri günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəlib. Prezident İlham Əliyev səsvermə otağında seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyib. Daha sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verib. Məntəqə seçki komissiyasının sədri Rüfət Həsənov ilk dəfə səs verməsi münasibətilə Heydər Əliyevi Mərkəzi Seçki Komissiyasının adından təbrik edib.
Təbii, ölkə qanunvericiliyənə uyğun olaraq Azərbaycanda səsvermə qapalı keçirilir. Amma hər halda maraqlıdır: cənab Prezident kimə səs verdi?
Baki-xeber.com